Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Yekaterina Ryabovanın ölkəmiz seçməsinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu rusiyalı fiqurlu konkisürənin özü açıqlayıb.
O bildirib ki, beynəlxalq arenaya çıxmaq üçün vətəndaşlığını dəyişməyə məcbur olub: “Öncə rəqiblərim Zaqitova, Tarusina, sonradan Şerbakova, Kostornaya və Trusova idi. 11 yaşınadək mən qalib gəlirdim. Amma böyüyəndən sonra tullanış texnikasını itirdim. Rəqabət o qədər böyük idi ki, Rusiya kubokunda 9-cu yeri tutdum. Aydın idi ki, medal qazana bilməyəcəyik və nəyisə dəyişmək lazımdır”.
Yekaterina həmin uğuruszluqdan sonra milliləşmə variantını dəyərləndirib: “Mən beynəlxalq arenada çıxış etmək istəyirdim. Axtarışlara başladıq, variantları nəzərdən keçirdik. Hələ uşaq olduğumdan bütün qeydiyyatla valideynlərim məşğul olurdu. 2017-ci ildə bütün sənədləri həll etdik və bir il sonra Azərbaycanın təmsilçisi kimi yarışlara qatıla bildim”.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər