Son illər ölkəmizdə cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyasının (BCF) da yüksək etimadını qazanıb.
Apasport.az saytının məlumatına görə, bu münasibətlə o, "Böyük dəbilqə"nin təşkil olunduğu Heydər Əliyev adına İdman Sarayında BCF tərəfindən mükafatlandırılıb.
Azərbaycanda cüdonun inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Sadıq Sadıqova cüdonun banisi Ciqoro Kanonun nüfuzlu "Herend" şirkəti tərəfindən xüsusi hazırlanmış büstünü təqdim edib.
Daha sonra Marius Vizer zəngin karyerası, dünya çempionatındakı medal və dünya cüdo turunda qazandığı 15 medala görə məşhur cüdoçu, yaxınlarda idmançı karyerasını başa vurmuş Nicat Şıxəlizadəyə də eyni mükafatı təqdim edib.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək