Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədovu xüsusi mükafatla təltif edib.
Apasport.az saytının məlumatına görə, assosiasiyanın bir qrup nümayəndəsi Quba rayonunun Alekseyevka kəndində Ülvünün atası Vüqar və qardaşı Fəridlə görüşüb şəhidimizin məzarını ziyarət ediblər.
AİJA nümayəndələri, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AIPS üzvləri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və Əli Fərzəliyev qurumun adından məzarın önünə əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.
Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərimizin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı idman yazarı Vüqar Məmmədova təqdim olunub.
Şəhid atası evinə dəvət etdiyi həmkarlarına şəhidimizin qəhrəmanlıq yolundan danışıb.
Qeyd edək ki, Ülvü Məmmədov ölkə başçısı cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək