“Tata Steel Chess” turnirinin iştirakçılarının tam siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Niderlandın Veyk-An-Zee şəhərində təşkil olunacaq turnirin sonuncu iştirakçısı hindistanlı Vidit Santoş Qudjarati olub.
O, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da mübarizə aparacağı yarışa qatılacağı dəqiqləşən 14-cü şahmatçıdır. Təmsilçimizin yarışdakı digər rəqibləri Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Samuel Şenklend (hər ikisi ABŞ), Rixard Rapport (Macarıstan), Yan-Kşiştof Duda (Polşa), Sergey Karyakin, Andrey Yesipenko, Daniil Dubov (hamısı Rusiya), Rameşbabu Praqnanandxa (Hindistan), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland) və Nils Qrandelius (İsveç) olacaq.
Qeyd edək ki, turnir gələn il yanvarın 14-30-da keçiriləcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək