Qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinin ilk turu çərçivəsində keçirilən Azərbaycan – Niderland matçının statistikası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 0:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmanın ən yaxşısı Yelizaveta Səmədova seçilib.
Millinin liderinə çevrilən voleybolçu servis və ən yaxşı hücumçu nominasiyasının da qalibi olub. Onun 4 eysi komandamıza birbaşa xal gətirib. Səmədova hücumda da 14 dəqiq zərbə vurmaqla, ümumilikdə 18 xal qazanıb.
Ən yaxşı top qəbuledici rəqibdən Enn Buijs (32 faiz), ən yaxşı blokçu isə Robin de Kroyf seçilib.
Vasif Talıbovun digər yetirmələrinə gəlincə, Mariya Kirilyuk 8, Nikalina Başnakova ilə Ayşən Abduləzimova hərəyə 5, Polina Rəhimova 4 və Anastasiya Qurbanov 2 xal toplayıb.
Niderlanda de Kroyf həmçinin ən məhsuldar oyunçu olub – 14 xal.
Qeyd edək ki, Apeldornda keçirilən turnirin ikinci günündə Azərbaycan millisi istirahət edəcək. A qrupunda Bolqarıstan Niderlandla, B qrupunda isə Xorvatiya Türkiyə ilə və Belçika Almaniya ilə üz-üzə gələcək.
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib