Sprint yarışında 4 qəza – “Formula-2”də
05.06.2021 - 11:45
Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.
Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə “Formula-2” üzrə sprint yarışında yaşanıb.
Birdən-birə 4 pilot qəza törədib. Əvvəlcə “Hitech Grand Prix"in pilotu Liam Louson birinci döngədəcə səhvə yol verib. Onun idarə etdiyi bolid təhlükəsizlik maneəsinə çırpılıb. Həmçinin "HWA Racelab"ın pilotları Cek Aytken, Alessio Deledda da qəza törədib.
Oskar Pyastri (“Prema”) isə ikinci döngədə eyni halla üzləşib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0