Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilərimiz qitə birinciliyində tarixi uğura imza atıb.
Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan yığmamız 7 medal qazanıb.
Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.
Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan (149) isə üçüncü yeri tutub.
Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib