Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandaları beynəlxalq “Pro Tur” yarışlarında iştirak edirlər.
Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, öğlan tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək Polşanın Vladislava şəhərində keçiriləcək turnirlərdə bacarıqlarını göstərəcəklər.
Qızlar isə mayın 17-dən 19-dək Vladislavada, 20-dən 22-dək Berlində təşkil olunan yarışlarda etimadı doğrultmağa çalışacaqlar. Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə, Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyur.
Qeyd edək ki, bu turnirlərdə iştirakın əsas məqsədi iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib