Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gəlib.
Braziliyada tam heyətlə təmsil olunan Azərbaycan yığmasının bir idmançısı dayanq üzərinə çıxıb. 49 kq çəki dərəcəsində çıxış edən Patimat Abakarova Rioda debüt döyüşündə serbiyalı Tiyana Boqdanoviçlə üz-üzə gəlib.
1/8 finala təsadüf edən döyüş təmsilçimiz üçün uğurlu başlamayıb. İlk hissəni 0:3 hesabı ilə geridə bitirən Abakarova növbəti hissələrdə üstünlüyü ələ alsa da, məğlubiyyətdən qaça bilməyib - 2:3.
Boqdanoviç finala kimi irəlilədiyinə görə, Abakarova təsəlliverici görüşlərdə mübarizə aparıb. Bürünc medal uğrunda onun ilk rəqibi çinli Jinqyu Vu olub. İkiqat olimpiya çempionu (Pekin-2008 və London-2012) ilə görüş olduqca gərgin keçib. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbəyə sevinib.
Patimatın bürünc medal yolundakı son rəqibi fransalı Yasmine Azeize olub. Döyüşə fəal başlayan Abakarova yekunda möhtəşəm qələbə ilə bürünc medal qazanıb - 7:2. Bu, həm də Azərbaycan tarixində taekvondoda qazanılmış ilk olimpiya medalı olub.
Qeyd edək ki, yığmamızın heyətində qarşıdakı günlərdə Milad Beiqi Harçeqani (80 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (+80 kq) komandamızın medal sayını artırmağa çalışacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM