Teymur Rəcəbov ikinci dəfə evləndi
22.01.2022 - 11:45
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ikinci dəfə evlənib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı qrossmeyster rusiyalı Anna Maksakova ilə nikaha daxil olub.
Rəcəbov instaqram səhifəsi vasitəsilə nikah mərasimindən şəkillər paylaşaraq “I Love You!” (Səni sevirəm) yazıb.
Anna Maksakova Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsidir.
Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə SOCAR-ın və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun qızı Elnara Nəsirli ilə evlənib. 2013-cü ildə onların Məryəm adlı qızı dünyaya gəlib. Cütlük bir müddət öncə ayrılıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0