2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları çərçivəsində baş tutacaq marafon yarışının başqa şəhərdə təşkil olunacaq.
APA-nın məlumatına görə, paytaxtın qubernatoru Yuriko Koike Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yarışın yerini dəyişdirmək qərarına əngəl olmayacaqlarını açıqlayıb.
BOK bu növdə birinciliklərinin Sapporoda baş tutmasını məqsədəuyğun sayıb. Bir müddət əvvələdək yaponiyalılar bunun əleyhinə olsalar və alternativ variant kimi marafonun gec saatlarında təşkilini təklif etmişdilər. BOK-un marafon və idman yerişini Tokiodan kənarda keçirilməsi qərarı paytaxtda havaların çox isti olması ilə bağlıdır.
Y.Koike bu addımla razılaşmadıqlarını, lakin belə dəyişikliyə qarşı çıxmadıqlarını da bildirib: “BOK-la razı deyilik. Lakin bu qərara əngəl olmadıq. Çünki son sözü onlar deyir”.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub