Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının bayraqdarı Rüstəm Orucov mübarizəyə qoşulub.
Olimpiya mükafatçımız bu dəfə məğlubiyyətə üzülüb. O, bürünc medal uğrunda görüşdə cənubi koreyalı rəqibi ilə bacarmayıb.
Cüdo
26 iyul
1/16 final
73 kq
Orucovun startda qurbanı Rusiya təmsilçisi Musa Moquşkov olub. Rəqibini vazari ilə məğlub edən 30 yaşlı cüdoçu 1/8 finalda tacikistanlı Somon Maxmadbekova da eyni qaydada qalib gəlib. Rüstəmin 1/4 finaldakı rəqibi isə Rio-2016-nın finalında uduzduğu Şohei Ono olub. Lakin təmsilçimiz 5 il əvvəlki məğlubiyyətin revanşını ala bilməyib. O, Olimpiya çempionuna bu dəfə ipponla uduzub.
Məğlubiyyətə baxmayaraq, Orucov mübarizəni təsəlliverici görüşlərdə davam etdirib. Cüdoçumuz bürünc medala gedən yolda Kosovo təmsilçisi Akil Qyakovanı sınağa çəkib. Həmyerlimiz təsəlliverici görüşdə rəqibini qızıl xalla üstələyib. O, 3-cü yer uğrunda mübarizədə Bakıda dünya çempionu olan cənubi koreyalı An Çanqrimlə qarşılaşıb və məğlubiyyətə üzülüb. Nəticədə Rüstəm çıxışını 5-ci yerdə bitirib.
Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə qatılan yığmamızın heyətində Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq) və Orxan Səfərov (66 kq) çıxışını medalsız başa vurub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək