Yaponiyanın paytaxtı Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları 2021-ci ildə baş tutacaq.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Riçard Paund açıqlayıb.
O bildirib ki, koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə düşən yarış ləğv edilməyəcək: “Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarını ləğv etmək niyyətində deyil”.
Paund vurğulayıb ki, Olimpiya Oyunlarının təkrar təxirə salınması çətinliklərə yol açacaq. Bu üzdən də yarışı tamaşaçılarsız da təşkil etmək daha məqsədəuyğundur. Lakin qurum rəsmisi onu da vurğulayıb ki, hazırda yarışın plana uyğun şəkildə təşkili ilə bağlı heç bir təminat yoxdur.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-də start götürməlidir.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək