Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin icraçı direktorunun müavini Hidenori Sudzuki tamaşaçılardan üzr istəyib.
Apasport.az saytının məlumatına görə, komitənin nümayəndəsi yarışın azarkeşsiz keçirilməsi üçün göz yaşlarını da saxlaya bilməyib.
O, yarışı izləmək arzusunda olanlara üzrxahlıq edib: “Mən üzr istəyirəm. Tamamilə bu hisslərə qapanmışam. Bütün tamaşaçılar Tokio Olimpiadasını elə gözləyirdilər ki... Amma belə alındı. Biz onların ümidlərini gerçəkləşdirə bilmədik. Həqiqətən də çox təəssüflənirəm”.
Qeyd edək ki, Tokioda fövqəladə vəziyyət elan olunub, paytaxt və qonşu prefekturalarda tamaşaçıların idman obyektlərinə girişinə qadağa qoyulub.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır