Uels millisindən Eriksenə jest – AVRO-2020
26.06.2021 - 20:33
Uels millisi nümunəvi jestlə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, britaniyalılar AVRO-2020-nin 1/8 final mərhələsində Danimarka ilə keçirilən oyunda alqışalayiq hərəkət edib.
Matçın start fitindən əvvəl uelslilər turnirin ilk turunda huşunu itirən və ölümdən dönən rəqibin futbolçusu Kristian Eriksenin adı yazılan çərçivəyə salınmış formanı Danimarka millisinin kapitanı Simon Kyaerə təqdim edib. Futbolçuların imzalı Uels formasının üzərində “Kristian, tez sağal” yazısı yazılıb.
Qeyd edək ki, Amsterdamda keçirilən matçda Danimarka 1:0 hesabı ilə öndədir.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0