AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Uels millisi itki ilə üzləşib.
APA-nın məlumatına görə, britaniyalıların baş məşqçisi Rayan Giqqz tsiklin son oyunlarında Conni Uilyamsın xidmətindən yararlana bilməyəcək.
Buna “Çarlton” klubunda çıxış edən yarımmüdafiəçinin zədələnməsi səbəb olub. 26 yaşlı futbolçu “Derbi” ilə matçın ilk hissəsində xəsarət alıb.
Əməliyyat olunacaq futbolçu ən azı iki ay yaşıl meydanlardan uzaq düşəcək. Bu səbəbdən də C.Uilyams seçmə mərhələnin noyabrın 16-da Azərbaycan, üç gün sonra Macarıstana qarşı görüşlərində də iştirak edə bilməyəcək.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub