Qadın güləşi üzrə yığmamız Ukraynada təlim-məşq toplanışını davam etdirir.
Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, fevralın 12-dən Kiyevdə hazırlıq prosesinə start verən millimizin heyətində 9 güləşçi yer alıb.
Fevralın 25-dək davam edəcək toplanışda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir.
"Konça-Zaspa" Olimpiya Mərkəzində baş tutan TMT-də 12 ölkənin komandası yer alıb. Ukrayna və Azərbaycan yığmaları ilə yanaşı, Türkiyə, Özbəkistan, Moldova, Rumıniya, Bolqarıstan, Litva, Norveç, İsveç, Macarıstan və Belarus milliləri Kiyevdə təşkil olunan birgə toplanışa qatılıb. Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində qurulan TMT qarşıdan gələn mühüm yarışlara, o cümlədən Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, komandamız toplanış başa çatdıqdan sonra fevralın 26-dan 28-dək Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində qüvvəsini sınayacaq. Bu, komandamızın 2021-ci ildə qatılacağı ilk yarış olacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib