Umar Kremlyov yenidən IBA prezidenti seçildi
14.05.2022 - 11:30
Beynəlxalq Boks Assosiasiyasında (IBA) yeni prezident seçkisi keçirilib.
Apasport.az saytının məlumatına görə, qurumun İstanbulda baş tutan Fövqəladə Konqresinin ikinci günündə Umar Kremlyov yenidən İBA prezidenti seçilib.
Hazırda IBA-nın İdarə Heyəti və komitələri üçün seçkilər təşkil edilir.
Qeyd edək ki, Umar Kremlyov IBA-ya 2020-ci ilin dekabrından rəhbərlik edir. 40 yaşlı funksioner 2017-2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0