Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turnirinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 4 təmsilçimiz xalça üzərinə çıxıb.
İntiqam Vəlizadə (61 kq) startda uğursuzluqla üzləşib. Həmyerlimiz amerikalı Qabe Taunsellə görüşdə zədələnərək mübarizəni başa vurub.
Əşrəf Aşırov (79 kq) ilk görüşdə gürcü Temuri Beruaşviliyə sonuncu xal (3:3) prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda dördqat dünya və ikiqat Avropa üçüncüsü Əli Şabanova (Belarus) məğlub olub.
Osman Nurməhəmmədov (92 kq) əvvəlcə bolqar İliya Xristov (13:2), daha sonra isə iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Ahmed Batayev (Bolqarıstan) 4:6 hesabıyla məğlub olan Osman bürünc medal uğrunda güləşəcək.
Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) macar Viktoriya Felhonu "tuşe" ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan Manolova da ümidini bürünc medala bağlayıb.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 18-də keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib