Pekin-2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Mehman Ramazanzadə bu gün Çinə yola düşüb.
Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov və Qış İdmanı Federasiyasının prezidenti Fuad Nağıyev idmançımızı hava limanında Pekinə yola salıblar.
Gənclər və idman naziri idmançıya uğurlar arzulayıb, Azərbaycanın ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında təmsil olunmasının əlamətdar bir hadisə olduğunu qeyd edib. Qayıbov ölkəmizdə yay idman növləri ilə yanaşı, qış növlərinin də inkişaf etdiyini bildirib və vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ölkə ərazisində, o cümlədən Naxçıvan MR-da yaradılan qış idman infrastrukturun bu idman növünə daha da marağın artırılmasına müsbət təsir göstərib.
Qeyd edək ki, Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Kross-kantri növünün sprint kateqoriyasında iştirak edəcək Mehman Ramazanzadə martın 9-da mübarizə aparacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib