Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda yarımfinalçılar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, dünən keçirilən 1/4 final mərhələsindən sonra yoluna davam edən 4 komanda bəlli olub.
Azərbaycan millisi yer aldığı B qrupunu 1-ci pillədə tamamlamasına baxmayaraq, 1/4 finalda Polşaya məğlub olub. İlk dueldə Polşa (4:2), ikincidə isə Azərbaycan (4,5:1,5) qalib gəldiyindən, "armageddon" oynanılıb. Burada isə millimizin üzvü Günay Məmmədzadə rəqibinə yenilib.
Digər cütlüklərin birində Ermənistan yığmasına texniki məğlubiyyət verilib. Buna səbəb Hindistanla görüşdə şahmatçılardan birinin interneti kəsildiyi üçün məğlub hesab edilməsinə komandanın etirazı olub. Ermənistan yığması yarışdan çıxdığından, onlara 0:6 hesablı texniki məğlubiyyət verilib.
Beləliklə, bu gün baş tutacaq yarımfinal cütlərində Polşa Hindistanla, Rusiya isə ABŞ-la üz-üzə gələcək.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının finalı avqustun 30-da keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək