Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, ağır çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ABŞ-da təşkil olunan döyüş gecəsində Puerto Riko idmançısı Sahret Delqado ilə üz-üzə gəlib.
Qarşılaşma Hollivuddakı Seminol Hard Rok Hotel və Kazinoda baş tutub. Məcidov 6 raund davam etməli olan döyüşü vaxtından əvvəl nokautla yekunlaşdırıb. 3-cü raundda rəqib döyüşü davam etdirə bilməyib. Bununla da həvəskarlar arasında üçqat dünya çempionu olan Məcidov peşəkar rinqdə 3-cü döyüşündə 3-cü qələbəsini qazanıb.
Qeyd edək ki, Məhəmmədrəsul bunadək Ed Funten və Tom Littlə qalib gəlib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək