Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız bu gün yeni baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Bakı Boks Mərkəzində hazırlığa start verib.
Təcrübəli mütəxəssis məşqlərə Azərbaycan birinciliyində fərqlənən 50-yədək boksçu çağırıb. Məşqçilər korpusu müəyyən müddətdən sonra onlar arasından seçim edərək yeni komanda formalaşdıracaq.
Hazırlıqlar hələlik gündə bir dəfə keçirilir. Növbəti həftələrdən məşqlərin sayı artırılacaq.
Baş məşqçi Elbrus Rzayevin sözlərinə görə, sınaq döyüşlərindən sonra hər bir çəki dərəcəsində minimum 2 ən güclü boksçu ilə hazırlıq keçməyi planlaşdırır.
Qeyd edək ki, təlim-məşq toplanışı aprel 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib