Taekvondo Azərbaycan milli komandası İranda keçiriləcək yarışda iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız martın 6-9-da paytaxt Tehranda təşkil olunacaq “Fajr Open”, ardınca ayın 10-13-də Asiya regionu üzrə “President Cup” G2 kateqoriyalı beynəlxalq turnirə qatılacaq.
Millimiz səfərə 22 (14 kişi və 8 qadın) taekvondoçu ilə yollanacaq. Dayanq üzərinə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (hər üçün 63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (hər ikisi 68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (hər üçü 74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Radik İsaev (+87 kq), Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova, Səidə Əliyeva (hər ikisi 53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (62 kq) və Fəridə Əzizova (67 kq) çıxacaqlar.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib