Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizə başa çatıb.
Apasport.az saytının məlumatına görə, millimiz bu yarışda 5 illik sindroma son qoyub.
Sonuncu dəfə 2017-ci ildə keçirilən analoji yarışda qadın güləşində medal qazanmışdıq. Plovdivdə cəmi 6 güləşçiylə təmsil olunan yığmamızın 4 üzvü fəxri kürsüyə qalxıb. Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb. Bu nəticəylə komandamız 93 xalla Avropa çempionatını 5-ci pillədə başa vurub. Millimiz Türkiyə (143), Macarıstan (120), Polşa (118) və Moldovadan (96) geri qalıb.
Qeyd edək ki, millimizin bu nəticəsi həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində qadın güləşində ikinci ən böyük uğurdur. Yalnız 2016-cı ildə Bolqarıstanın Ruse şəhərində təşkil olunan qitə birinciliyində bundan bir medal artıq (1 qızıl, 1 gümüş, 3 bürünc) əldə edilmişdi.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar