22 yaşadək boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, əsas yığmamızın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn komanda hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Bir gün öncə başlayan toplanış 2 həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 11-24-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib