Cüdo üzrə Azərbaycan millisi Sarayevoda keçiriləcək açıq Avropa turnirində iştirak edəcək.
Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız yarışa 18 idmançı ilə qatılacaq.
Ölkəmizi turnirdə Samir Piriyev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (hər ikisi 66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (hər üçü 81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (hər ikisi 100 kq), Ramilə Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq) və Günel Həsənli (70 kq) təmsil edəcəklər.
Fevralın 12-13-də keçiriləcək yarışda 26 ölkəsindən 331 (197 kişi, 134 qadın) idmançının iştirakı gözlənilir.
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib