Stolüstü tennis üzrə Azərbaycan millisi İslam Həmrəylik Oyunları üçün hazırlığına başlayıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, əsas seçmə komandanın üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar.
Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək.
Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq.
Qeyd edək ki, İslam Həmrəylik Oyunları avqustun 9-18-də Türkiyənin Konya şəhərində təşkil olunacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib