Dekabrın 7-14-də İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də qatılacağı yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək.
Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı atletlər körpücük üzərinə çıxacaqlar:
U-15
Qızlar: Aişə Əliyeva (40 kq), Selcan Qarayeva (45 kq), Leyla Qurbanlı (71 kq) Rəhilə Hüseynova (76 kq)
Oğlanlar: Kənan Rəhimov (49 kq), Qasım İsmayılov (55 kq), Elşən Məmmədov (61 kq), Nurlan Məmmədzadə (73 kq)
U-17
Oğlanlar: Əvəz Tağıyev (55 kq), Tehran Məmmədov (61 kq), Rüstəm Qasımov və Ömər Cavadov (hər ikisi - 67 kq), Samir Əskərzadə (73 kq), Həsənağa Sahibov və İsa Həsənli (81 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (102 kq), Rəhman Kazımov (+102 kq).
Qeyd edək ki, İsraildə referilər sırasında beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva da yer alacaq.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib