Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yollanıb.
Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışının ilk mərhələsini Bakıda başa vuran yığma hazırlıqların ikinci mərhələsini Daşkənddə yerli idmançılarla keçəcək.
Komandamız beynəlxalq məşqlərə 14 (8 kişi və 6 qadın) idmançı ilə qatılacaq.
Məşqlərdə Minayə Əkbərova, Fatimə Məcidova, Patimat Abakarova, Fəridə Əzizova, Sevda Pirseyidova, Qönçə Hüseynli, Radik İsayev, Milad Beiqi Harçeqani, Xanoğlan Kərimov, Pərviz İskəndərov, Taleh Süleymanov, Qaşım Maqomedov, Səyyad Əlizadə və Eltac Qafarovu iştirak edəcəklər.
Təlim-məşq toplanışı mayın 8-də başa çatacaq.
Qeyd edək ki, Avropa çempionatı mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib