Yanvarın 28-də Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-pri turniri start götürəcək.
Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də yeni ilə başlayacaq.
Məşqçilər korpusu yarışda 13 idmançıya şans verəcək. Milli üzvlərindən Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşangi Kokauri (hər ikis +100 kq), Aydan Vəliyev, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Qran-pridə 44 ölkədən 344 (199 kişi, 145 qadın) cüdoçunun iştirakı gözlənilir.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar