Azərbaycan yığmasının Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarının necə seçilməsinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Çinin paytaxtına yollanacaq iki idmançımızdan biri olan Yekaterina Ryabova açıqlayıb.
O bildirib ki, açılış mərasimində onun deyil, Vladimir Litvintsevin bayraqdar olması səbəbsiz deyil: “Volodya üçün çox şadam. Qərarın belə olmasını da başa düşürəm. Biz Azərbaycan idmançılarından iki nəfər olacağıq. Mən də Pekinə gec – qadınların yarışı ərəfəsində gedəcəyəm. Məsələ koronavirus pandemiyası ilə bağlıdır: hər gün test verməli, nəticəsi üçün həyəcan keçirməli olursan. Bu, iştirak hüququnu itirmək, Çində uzun müddət qapalı durumda qalmaq və hazırlaşmaq imkanından məhrum olmaq baxımından böyük riskdir. Bu səbəbdən açılışda iştirak imkanını qurban verməli oldum. İki il əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan bayrağı aparmışam ki, bu da sevindiricidir”.
Qeyd edək ki, fiqurlu konkisürmədə kişilər fevralın 8-də, qadınlar 15-də mübarizəyə başlayacaq.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib