Yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı
04.03.2022 - 13:10
Fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Fransada təşkil olunacaq mundialda 4 idmançımız iştirak edəcək.
Monpelye şəhərindəki yarışda Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların fərdi mübarizəsinə qatılacaq. Buz üzərində rəqslərdə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti çıxış edəcək. Yığmamız yalnız idman cütlərinin yarışına qatılmayacaq.
Qeyd edək ki, çempionat martın 21-27-də keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0