Vladimir Litvintsev Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq 4-cü fiqurlu konkisürən olacaq.
Apasport.az saytının məlumatına görə, ilk üç qış oyunlarında da bu idman növündəki təmsilçilərimiz bayraqdar olub.
Naqanoda debüt edən yığmamızın ilk yarışdakı bayrağını Yuliya Vorobyova daşıyıb. Sonrakı iki Olimpiadada da estafet fiqurlu konkisürənlərdə olub. 2006-cı ildən 16 il sonra yenə bu idman növündəki təmsilçimiz bayraq daşıyacaq.
Bu müddətdə bir dəfə dağ xizəkçisi, iki dəfə rəsmi şəxslər bu vəzifəni icra edib.
Qış Olimpiya Oyunlarındakı bayraqdarlarımız
1998. Yuliya Vorobyova (fiqurlu konkisürmə)
2002. Sergey Rılov (fiqurlu konkisürmə)
2006. İqor Lukanin (fiqurlu konkisürmə)
2010. Fuad Quliyev (rəsmi şəxs)
2014. Rəhman Xəlilov (rəsmi şəxs)
2018. Patrik Braxner (dağ xizəyi)
2022. Vladimir Litvintsev (fiqurlu konkisürmə)
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək