Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turniri davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan milisinin daha bir cüdoçusu tatamı üzərinə çıxıb.
90 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev 1/8 finalda polşalı Sebastyan Oldakı, ardınca avstriyalı Vaxid Borçiaşvilini məğlubiyyətə uğradıb. Yarımfinalda rusiyalı Xusen Xalmurza, finalda gürcüstanlı Lika Maysuradzeyə qalib gələn Mehdiyev qızıl medal qazanıb..
Qeyd edək ki, turnirə iki cüdoçu ilə qatılan Azərbaycan yığmasının digər təmsilçisi Hidayət Heydərov bir gün öncə 73 kq çəkidə qızıl medala yiyələnib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək