“Abşeron”da yeni təyinat
30.09.2024 - 12:34
“Abşeron”da yeni təyinat

"Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Tokerin daha bir koməkçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Emin Cəfərovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Mütəxəssis ilk dəfə yüksək liqa komandasının məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, vaxtilə Azərbaycan millisinin, klub karyerasında isə "Qala", "Neftçi" və "Şəki" klublarının şərəfini qoruyan Emin Cəfərov məşqçi kimi aşağı yaş qrupları üzrə komandalarda çalışıb.

0