Premyer Liqa klubu üçün seminar
26.11.2026 - 20:55
Premyer Liqa klubu üçün seminar

AFFA-nın Hakimlər Komitəsinin üzvləri Asim Xudiyev və Orxan Məmmədovun iştirakı ilə “Sumqayıt”ın kişi və qadınlardan ibarət əsas komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Apasport.az xəbər verir ki, tədbir “SOCAR Polymer Arena”nın konfrans zalında baş tutub.

Komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.