Acığını qapıdan çıxan “İrəvan”ın futbolçularına cəza
08.12.2023 - 16:58
“İrəvan”ın futbolçuları cəzalandırılıb.
Apasport.az xəbər verir ki, buna Azərbaycan çempionatının I Liqasının X turunun “Karvan”la səfər oyununda baş verənlər səbəb olub.
0:2 hesabı ilə uduzan qonaqların futbolçularının gücü qapılara çatıb. Matç bitdikdən sonra Elvin Yunuszadə stadionun giriş qapısına, Əli Əliyev stadionun soyunub-geyinmə otağının qapısına zərər vurub. Hər iki oyunçu 1 oyunluq diskvalifikasiya edilib.
“İrəvan” hər oyunçusu üçün 100 manat cərimə olunub. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” klubu tərəfindən ödənilməsinə qərar verilib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
2
0