Futbol mütəxəssisi Adil Şükürov apasport.az-a açıqlama verib.
Veteran futbolçu UEFA Millətlər Liqasının III turunda Azərbaycan millisinin Estoniyaya 3:1 hesabı ilə məğlub olmasını şərh edib:
"Estoniya ilə oyunda komandamız qələbə qazanmalı idi. Amma təəssüf ki, müdafiə olunarkən etdiyimiz diqqətsizlikdən qollar buraxdıq və məğlub olduq. Birinci hissənin 35-ci dəqiqəsinə kimi xeyli imkanlarımız oldu, lakin yararlana bilmədik. Rəqib isə əksinə, əldə etdiyi epizodlardan maksimum istifadə etdi. Əsas problem ələ düşən imkanlardan istifadə etməməyimiz oldu. Bu səviyyədə olan oyunlarda imkanlardan maksimum yararlanmalısan. Çünki milli komandaların oyunlarında vacib olan qələbə qazanmaq və komandanın özünə inamını möhkəmləndirməkdir. Təbii ki, biz tək hücumda oynayan oyunçuları yox, həm də hücum edərkən müdafiədə oynayan futbolçulara diqqət etməliyik. Vaxtında və düzgün olmayan qərarlar qapımızda qolla nəticələnir və sonda da belə acı məğlubiyyətlər alırıq".
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının növbəti turunda Slovakiya yığmasını qəbul edəcək. Qarşılaşma 14 oktyabr saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Nərmin Vüqarqızı