AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər üçün onlayn seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Seminarda Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər üçün lisenziyalaşdırma qaydalarında tətbiq olunacaq tələblər, onların klublara olan faydaları, oyundan əvvəl, oyun zamanı və oyundan sonra görməli olduğu işlər haqqında təqdimat nümayiş etdirilib. Tədbirdən sonra Azarkeşlərlə Əlaqələndirici Şəxslərlə təşkilati məsələlər üzrə müzakirələr aparılıb və onların təklifləri dinlənilib. Bu kimi seminarların mütamadi təşkil olunacağı, daha sıx iş birliyinin aparılacağı barəsində klub nümayəndələrinə məlumat verilib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ