AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
11.03.2025 - 17:52

II Liqada çıxış edən “Hypers Guba"nın apellyasiya şikayəti qismən təmin edilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İntizam Komitəsinin hücumçu Ruslan Qurbanova verdiyi dörd oyunluq cəza ikiyə endirilib. Təcrübəli oyunçuya üç aylıq sınaq müddəti təyin edilib.
Ruslan Qurbanov XIV turda "Şəmkir"lə matçda hakimi təhqir etdiyi üçün cəzalanmışdı. Quba təmsilçisi 300 manat cərimə olunub. Bu qərar isə qüvvədə saxlanılıb.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
0
0