Millinin toplanışına gəlmədi, İtaliyada qol vurdu
21.11.2026 - 20:00
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzotero İtaliyada növbəti qoluna imza atıb.
Apasport.az xəbər verir ki, “Sampdoriya”nın formasını geyinən futbolçu “Benevento” ilə qarşılaşmada fərqlənib.
Mezzotero komandasının heyətində növbəti dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Lorenzo Mezzotero zədəli olduğunu bildirərək Azərbaycan millisinin son toplanışına qatılmayıb. Futbolçu milli komandaların toplanışı başa çatdıqdan üç gün sonra klubunun heyətində qol vurub.
0
0