AFFA "Neftçi"ni cərimələdi
01.04.2025 - 12:34
AFFA "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub:

28.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilsin (maddə 37);

28.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
 
29.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” klubunda 6 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilsin (maddə 37);
 
29.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” klubunun futbolçusunun formasında qüsur olması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilsin (maddə 75.6);
 
30.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin (maddə 54.2);
 
27.03.2025-ci il tarixində I Liqada XIX turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda Zona 1-də akkreditasiyası olmayan şəxslər olduğuna görə “Zaqatala” komandası 50 manat cərimə edilsin (maddə 51.8);
 
27.03.2025-ci il tarixində I Liqada XIX turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
 
27.03.2025-ci il tarixində I Liqada XIX turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
 
27.03.2025-ci il tarixində I Liqada XIX turun MOİK – “Difai” oyununda MOİK klubunda 4 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilsin (maddə 37);
 
27.03.2025-ci il tarixində I Liqada XIX turun “Karvan” – “Baku Sporting” oyununun ilk hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
 
28.03.2025-ci il tarixində I Liqada XIX turun “İmişli” – “Cəbrayıl” oyununda “İmişli” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilsin (maddə 37);
 
28.03.2025-ci il tarixində I Liqada XIX turun “Qəbələ” – “Mingəçevir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Qəbələ” klubu 100 manat cərimə edilsin (maddə 72.4);
 
30.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununun 45+2-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 88 nömrəli futbolçusu Tuqay Əlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
 
30.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna görə “Neftçi-2” komandası 100 manat cərimə edilsin (maddə 77.1);
 
31.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Kəpəz-2” – “Səbail-2” görüşündə “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
31.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Kəpəz-2” – “Səbail-2” görüşünün 53-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 100 manat cərimə edilsin (maddə 41);
 
22.03.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Baku Juniors-Dirçəliş FK” oyununun 28-ci dəqiqəsində Baku Juniors komandasının №2 oyunçusu Xanmana Əhmədova təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3).