
Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutan iclasda aşağıdakı məsələlər müzakirə olunub:
- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;
- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;
- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;
- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;
- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.
- Millimiz Belarusla bacarmadı
- Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”
- Santuş: "Oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur"