Ağabala Ramazanov yenidən "Zirə"nin əsas komandasında
06.03.2025 - 18:22

“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, veteran futbolçu ilə əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında “Zirə”də çıxış edib və komandanın kapitanı olub.
0
0