Azərbaycan Alpinizm Federasiyası (AAF) tərəfindən növbəti buzadırmanma festivalı keçirilib.
Apasport.az xəbər veri ki, Qusar rayonunun Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə təşkil olunan festivalda 76 atlet iştirak edib.
İdmançılar onlara təqdim olunan müxtəlif mürəkkəblik dərəcəsində marşrutlar vasitəsilə öz qüvvələrini sınamaq imkanı qazanıblar.
Bundan başqa, festival təşkilatçıları buzadırmanma ilə yeni tanış olanlar üçün təlim dərsləri də keçiblər.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi buzadırmanmanı olimpiya növü kimi qəbul edib. Hazırda Beynəlxalq Alpinizm Federasiyası (UIAA - International Climbing and Mountaineering Federation ) bu dinamik idman növünün Qış Oyunlarının rəsmi proqramına daxil edilməsi üçün iş aparır.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO