Alpinistlərimiz Kilimancaro zirvəsində
19.02.2024 - 12:18
Azərbaycan alpinistləri Afrika qitəsinin ən yüksək zirvəsini fəth ediblər.
Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, 7 nəfərdən ibarət heyət Kilimancaro zirvəsinə qalxıb.
Qərib Tağızadənin rəhbərliyi altında təşkil edilən ekspedisiya fevralın 9-da başlayıb və 12-də başa çatıb.
Qərib Tağızadə, Elbəy Mustafabəyli, Fariz Rəhimov, Turkan Fərzəliyeva, Elşən Yusubov, Əşrəf Hüseynov və İlkin Qəhrəmanlıdan ibarət kollektiv 5895 metrlik Kilimancaro zirvəsini fəth edərək, orada Azərbaycan ve AAF bayraqlarını dalğalandırıblar.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
0
0