Ange Postekoqlu: “Heç vaxt İngiltərə mətbuatına inanmayın“
25.09.2024 - 22:52
Ange Postekoqlu: “Heç vaxt İngiltərə mətbuatına inanmayın“

Avropa Liqasının Liqa mərhələsinin "Qarabağ"la matçından öncə “Tottenhem”in baş məşqçisi Ange Postekoqlunun mətbuat konfransı keçirilib.

"Bir il ərzində 50-dən çox oyun keçirmək üçün kollektivimiz var. Amma onların hər birinin bütün matçlarda oynamasını gözləmək olmaz. Ümid edirik ki, hamı təxminən 35 oyun keçirəcək. İstəmirik ki, hər matçda çoxlu rotasiya olsun. Bu formatda daha çox döyüş və səkkiz fərqli üslubda səkkiz fərqli komanda ilə oynayacağıq. Əsas odur ki, biz iştirak edəcəyik. “Qarabağ”la oyundan əvvəl yaxşı görünürük. Həftəsonundan sonra yeni zədə yoxdur, hamı sağalıb, ona görə də heç bir problem yoxdur. Hücum futbolu oynayacağımızla bağlı yazırlar. Heç vaxt İngiltərə mətbuatına inanmayın. Belə şeylərə güvənməyin. Biz öz oynumuzu nümayiş etdirəcəyik. Müəyyən oyun planımız var. Məncə, bu, bizim komanda kimi inkişafımıza kömək edib. Müxtəlif oyun üslubu olan rəqiblərlə qarşılaşmaq bu baxımdan çox faydalıdır. İstənilən halda öz oynumuzu göstərməli, daha aqressiv çıxış etməliyik. Ümid edirəm ki, "Qarabağ"ın öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı sabah 23:00-da keçiriləcək.

0