"Araz-Naxçıvan" "Benfika" ilə cavab matçına çıxacaq
05.12.2025 - 09:35
"Araz-Naxçıvan" "Benfika" ilə cavab matçına çıxacaq

Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün "Benfika"(Portuqaliya) ilə cavab matçına çıxacaq.

Apasport.az xəbər verir ki, qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade"də, saat 21:30-da start götürəcək.

Görüşü serbiyalı hakimlər - Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.