“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi
06.01.2026 - 13:57
Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarına başlayıb.
Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, “qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb. Son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.
0
0